
"Bu yaxınlarda Moskva və bütün Rusiyanın patriarxı Kirillə görüşümüzdə əsas müzakirə mövzumuz azərbaycanlı girovların qaytarılması məsələsi olub".
Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.
A.Paşazadə bildirib ki, müzakirə olunan məsələlərdən biri də
Ermənistanın dini lideri II Qareginlə görüşün təşkil olunması və
azərbaycanlı girovların qaytarılması məsələsinin ən vacib məsələ
kimi onun qarşısında qoyulması oldu: "İmkan daxilində dini liderlər
bu məsələdə yardım edəcək, əlbəttə, hüquqi baxımdan bu məsələ
dövlətin səlahiyyətindədir və dövlət özü vətəndaşlarını qoruyur.
Biz də bu məsələdə dövlətin yanındayıq".
Qeyd edək ki, erməni xüsusi təyinatlıları tərəfindən
Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində
keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlı
öldürülüb, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlı
isə girov götürülüb.
Gülnar