Qovulan qatil ailəsi öz kəndlərində dəfn edildi
Bizi izləyin

Qırmızı.az

Qovulan qatil ailəsi öz kəndlərində dəfn edildi

Goranboyda 7 nəfəri öldürən Rafiq Hüseynovun intihar edən qardaşı və infarkt keçirərək ölən atası torpağa tapşırılıb.

Axar.az-a rayondan verilən məlumata görə, bu gün səhər saatlarında baş verənlərə dözməyərək özünü asan Afiq Hüseynov və oğlunun intiharına tab gətirməyərək ürəyi dayanan atası Müzəffər Hüseynov dəfn olunublar. Goranboyun Səfikürd kəndində yas məclisi qurulub. Kənddə hər kəs bu hadisədən danışır.

Kənd camaatının sözlərinə görə, bu adamları ictimai qınaq və xəcalət hissi öldürüb. Çünki R.Hüseynovun 7 nəfəri öldürməsindən sonra bu nəsli kəndə buraxmamaq tələb olunurdu. Bir nəfərin səfeh addımına görə bütün ailənin kənddən qovulmasına A.Hüseynov dözməyib və intihara əl atıb.

Qardaşı Fikrət Hüseynov da intiharın bu səbəbdən baş verdiyini açıqlayıb. Xatırladaq ki, baş verən bütün bədbəxtliklərə Hüseynovlar ailəsinin oğlu Rafiq Hüseynov səbəb olub.

O, bu ilin oktyabrın 1-də beş həftənin gəlini olan həyat yoldaşı Südabə Məmmədova da daxil olmaqla 7 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən cinayət törədib. Rafiq Hüseynov qurbanlarını öldürərkən həm odlu silahdan istifadə etmişdi, həm də onların yatdığı otağa qumbara atmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm