Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi - YENİLƏNİB

Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan başqa, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tutduğu vəzifədən azad edilərək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.

Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev isə tutduğu vəzifədən azad edilərək, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.

Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə Nəsimi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi Lətif Cahangirov isə tutduğu vəzifədən çıxarılaraq Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinə rəis göndərilib.

Məlumatı DİN-in mətbuat xidməti ilə dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, təyinat barədə ilk xəbəri “Qafqazinfo” yayıb.

****

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov vəzifəsindən azad edilib. Rafiq Abbasov başqa vəzifəyə - DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

DİN-ə yaxın mənbələrdən əldə etdiyimiz xəbərə görə, nazirin digər əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov təyin edilib.

Xəbəri dəqiqləşdirmək üçün DİN-in mətbuat xidməti ilə əlaqə saxlasaq da, telefonlara cavab verən olmadı.

Bakı şəhər Baş Polis İdarəsindən isə bildirdilər ki, Rafiq Abbasovun vəzifəsindən azad edilməsi ilə bağlı rəsmi məlumat yoxdur: "Biz də eşitmişik ki, belə bir dəyişiklik olub".

Hacı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm