Universitetlər arasında 910 min manatlıq müsabiqə elan edildi
Bizi izləyin

Qırmızı.az

Universitetlər arasında 910 min manatlıq müsabiqə elan edildi

Prezident yanında Elmin İnkişafı Fondu ali məktəblər üçün müsabiqə elan edir.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, Yeni formatlı müsabiqənin (www.sdf.gov.az) təşkilində məqsəd ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan elmi araşdırma və tədqiqatlarla bağlı layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsidir.

Müsabiqəyə ilk növbədə Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından təqdim olunmuş layihələr maliyyələşdiriləcək.

Müsabiqəyə sənəd qəbulu 1 ay davam edəcək. Nəzərdə tutulan ali təhsil müəssisələrindən layihələr daxil olmadıqda və ya ilkin mərhələdən keçmədikdə, digər ali təhsil müəssisələrinin layihələri maliyyələşdiriləcək. Müsabiqənin nəticələrinin 2015-ci ilin 1-ci rübündə açıqlanması planlaşdırılır. Bu müddət ərzində qrant iddiaçılarına müvafiq seminarların keçirilməsi nəzərdə tutulub.

Elmin İnkişafı Fondu tərəfindən müsabiqə üzrə maliyyələşdirmənin ümumi həcmi 910 000 manatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm