Sakaryada Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması olub
Bizi izləyin

Qırmızı.az

Sakaryada Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması olub

Sakarya Universitetində millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın kitablarının təqdimat-imzalanma mərasimi keçirilib.

Təqdimat-imzalanma mərasimində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu “ Məndən sonra…”, “Səndən sonra…”, “ O…” “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” və digər kitabları təqdim olunub. Millət vəkili Qənirə Paşayeva kitablarının qardaş Türkiyənin Sakarya universitetində təqdimat-imzalanma mərasiminin keçirilməsindən çox məmnun olduğunu deyib və ona dəyərli gənc oxucularla belə gözəl bir görüş imkanı yaratdıqları üçün universitetin rəhbərliyinə təşəkkür edərək kitablarının nüsxələrini universitetin rəhbərliyinə və kitabxanasına da hədiyyə edib. Giresun Universitetində təşkil edilən təqdimat-imza mərasimində iştirak edən kitabsevərlər, oxucular, gənclər müəllifin imzası ilə kitablar əldə ediblər. Tələbələrlə yanaşı Universitetin professor və müəllim heyəti də sevdikləri kitabları müəllifin imzası iləəldə ediblər. Kitablarla bərabər Qənirə Paşayevanın şeirlərinə bəstələnmiş mahnılardan ibarət 5 musiqi albomu da musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb vəimzalanmada iştirak edən bəzi gənclər müəllifin imzası ilə albomları da əldə edə biliblər.

Millət vəkili imza mərasiminə qatılan çoxlu sayda azərbaycanlı tələbələrlə də görüşüb və onlarla söhbət edib. Müəllif kitabsevərlərlə xatirə şəkilləri də çəkdirib. Millət vəkili Qənirə Paşayeva biıldirib ki, yaxın günlərdə onun Türkiyədə Türkiyə türkcəsində “Yitirdiyim mutluluk” və “Yalnızlık alın yazımdır” adlı iki kitabı çıxacaq və Sakaryada gənclərə söz verib ki, mütləq həmin kitabların da təqdimat və imzalanmasının Sakaryada da olmasına çalışacaq və imzası ilə onlara hədiyyə edəcək. Millət vəkili Qənirə Paşayeva Sakaryada oxucular tərəfindən bu cür gözəl münasibətə cavab olaraq onlara söz verib ki, yaxın zamanlarda nəşr olunacaq “Qənirə Paşayeva ilə Türk Dünyası” kitabının növbəti hissəsində Sakarya ilə bağlı da çox geniş yazısı da öz əksini tapacaq və Azərbaycanlı oxuyucular bu gözəl bölgəni, onun gözəl insanlarını daha yaxından tanıyacaqlar.

İnanıram ki, o kitabı oxuyan hər kəs mütləq Sakaryanı daha yaxından tanıyacaq. Sakaryanın qəlbimdə özəl bir yeri var və yeni kitabımda Sakaryaya xüsusi yer ayırmam mənim ona sevgimin bir örnəyidir. Sakaryalı oxuyucular bu xəbəri gözəl duyğularla qarşılayaraq həmin kitabı maraqla gözləyəcəklərini deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm