Nazirlikdən kadr dəyişikliyi ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən kadr dəyişikliyi ilə bağlı AÇIQLAMA

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov vəzifəsindən azad edilib və Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Nazirin digər əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov təyin edilib.


R.Usubovun başqa bir əmri ilə Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm