“Universitetdən zənginliyə yol xəritəsi” – necə olur?
Bizi izləyin

Qırmızı.az

“Universitetdən zənginliyə yol xəritəsi” – necə olur?

Bu günlərdə Beynəlxalq Dərəcəli Neyro Linqvistik Proqramlaşdırma (NLP) Ustadı Babək Bayramovun Qafqaz Universitetində “Universitetdən zənginliyə yol xəritəsi” mövzusunda seminarı təşkil olunub.

Publika.az bildirir ki, Qafqaz Universitetinin Prorektoru Uğur Arif seminarı açıq elan edərək sözü NLP Ustadı Babək Bayramova verib. Natiq çıxışında tələbələrə müxtəlif həyati mövzularda fərqindəlik qazandıracaq məsləhətlər verib. Baş tutan seminar ümumilikdə “Əgər bir adam bir şeyi bacarırsa, bunu hamı edə bilər”, “Həyatda uğursuzluq yoxdur, yalnız davranışlarımızın nəticələri var”, “İnsan ona lazım olan bütün resurslara malikdir və ya onları yarada bilər”, “Nə deməkdən çox, necə demək önəmlidir”, “Siz danışmasanız da bədəniniz danışır”, “Uğura nə qədər uzaq və ya yaxın olmağımızı bilmək üçün ayıq olmalıyıq” və s. mövzuları əhatə edib.

Özünü inkişaf və motivasiya məsələlərinə toxunan B.Bayramov, karyerada inkişaf, mükəmməl ünsiyyət, bədən reaksiyaları, davranış qəliblərinin həyati əhəmiyyətli uğurlara təsiri barədə məlumat verib və praktiki çalışmalar keçirib.

Seminarda 200 nəfərə qədər tələbə iştirak edib və seminar, natiqə xatirə diskinin təqdimatı ilə başa çatıb.

B.Bayramov yaxın gələcəkdə digər ali və orta təhsil müəssisələrində də xeyriyyə məqsədi ilə NLP seminarı təşkil edəcəklərini bildirib.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm