Qırmızı.az
Bu gün nə qədər qan toplanıb?
Aşura günü keçirilmiş qanvermə aksiyalarında 4 min 43 nəfər könüllü olaraq qan verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aksiyalar Bakı şəhərində "Mir Mövsüm ağa", "Təzəpir", "Bibiheybət", "Cümə", "Qaraçuxur", " Hacı Soltanəli", Keşlə qəsəbəsi məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt, Mingəçevir, Şəki, Bərdə şəhər məscidlərində, Gəncə İmamzadə məscidində, Lənkəran məscidində qanvermə aksiyaları keçirilib.
Aşura günü ilə bağlı təşkil olunmuş qanvermə aksiyalarında 4 min 43 nəfər könüllü olaraq qan verib ki, nəticədə 1060 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Könüllü qanvermə aksiyaları Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilib.
Bu aksiyalar Məhərrəm ayı boyunca davam edəcək.
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO