Qırmızı.az
Müəllim tələbəsi ilə sevişərkən tutuldu – ŞOK TƏFƏRRÜAT
Türkiyədə təcavüzdə ittiham olunan müəllimin məhkəməsi yekunlaşıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 2 il əvvəl Adanada baş verib. Dərs dediyi məktəbin 2 qız şagirdinə təcavüzdə ittiham olunan 37 yaşlı Ufuk K.-ya 46 il 10 ay həbs cəzası verilib.
Müəllimin şagirdləri ilə cinsi əlaqəyə girdiyi xəbərini alan Əxlaq Bürosu Polisləri hərəkətə keçib. Polis Ufuku izləməyə başlayıb və şübhəlinin şagirdləri ilə fərqli günlərdə öz evində görüşdüyünü təyin edib.
15 yaşlı D.N-nin müəlliminin evinə girdiyini qeydə alan polislər evə basqın edib. Ufuk.K şagirdinə qarşı cinsi istismar ittihamı ilə nəzarətə alınıb.
Dinləmələr zamanı ittihamları rədd edən Ufuk.K “Şagirdlərim kitab almaq üçün mənim evimə gəlib. Onların təzyiq altında ifadə verdiklərini düşünürəm. Haqqımdakı cinsi istismar ittihamlarını qəbul etmirəm” söyləyib.
Xüsusi nəzarət altında ifadə verən şagirdlərdən D.N “2 ya da 3 dəfə cinsi əlaqəyə girdim. Cinsi əlaqənin tam olaraq reallaşıb-reallaşmadığını bilmirəm. Şikayətçi deyiləm, bundan sonra da dinləmələrdə iştirak etmək istəmirəm” deyə bildirib. Digər qız şagird M.B isə şikayətçi olduğunu deyib.
Məhkəmə heyətinin son qərarına əsasən Ufuk.K-yə 46 il 10 ay həbs cəzası verilib.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!