Birləşmiş Krallıqda kimlər təhsil alacaq?
Bizi izləyin

Qırmızı.az

Birləşmiş Krallıqda kimlər təhsil alacaq?

Unibank Birləşmiş Krallıqda təhsil almaq istəyən gənclərimiz üçün bu ölkənin ən tanınmış universitetləri ilə tanışlıq imkanı yaratdı .

British Council Azərbaycanın təşkilatçılığı ilə keçirilən və Unibankın dəstək verdiyi “Education UK – Birləşmiş Krallıqda Təhsil” sərgisinə qatılan minlərlə gənc dünyanın ən yaxşı universitetlərində təhsil imkanlarını nəzərdən keçirdilər. 01-02 noyabr tarixlərində Bakıda keçirilən sərgi çərçivəsində Birləşmiş Krallıqdan 43 universitet, məktəb, kollec və dil kursu gənclərimizin seçiminə verildi. 2 günlük sərginin iştirakçıları təhsil, təqaüd proqramları ilə tanış olaraq, universitetlər tərəfindən təşkil olunan seminarlarda maraqlandıqları suallara da cavab tapdılar. Sərginin ən maraqlı hissəsi isə hədiyyələrlə bağlı keçirilən müsabiqələr oldu. Sərgiyə qatıldıqları üçün Unibank-dan və tədbirin təşkilatçılarından maraqlı hədiyyələr qazanan tələbələr, bundan əlavə sosial şəbəkələrdə paylaşmaları ilə də müsabiqə iştirakçısı oldular.

Unibank və British Council-ın birgə təşkilatçılığı ilə sərgi iştirakçıları arasında #edukaz həştaq müsabiqəsi keçirildi. Ən yaxşı və maraqlı həştaqı yazan 2 iştirakçı Unibank-dan xüsusi hədiyyə qazandı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm