Konstitusiya Məhkəməsi ipoteka ilə bağlı qərar qəbul etdi
Bizi izləyin

Qırmızı.az

Konstitusiya Məhkəməsi ipoteka ilə bağlı qərar qəbul etdi

Konstitusiya Məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair müraciəti əsasında qərar qəbul edib.

Şirvan Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin hərracın təkrar keçirilməsi barədə müddəalarının, tələbkarın ipoteka predmetini əldə etməməsi əsası və ona xitam verilməsi proseduru baxımından şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.

“İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm