Ana ölümü ilə bağlı cinayət işi açıldı
Bizi izləyin

Qırmızı.az

Ana ölümü ilə bağlı cinayət işi açıldı

Noyabrın 3-də Qusar rayonunun Hil-oba kənd sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərnişan Dəmir qızının Quba Rayon Perinatal Mərkəzində doğuşdan sonra vəfat etməsi ilə əlaqədar Quba rayon prokurorluğunda müvafiq araşdırmalar aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Z.Aslanova oktyabrın 23-də “39 həftəlik hamiləlik, baş gəlişi yalançı doğuş sancısı” diaqnozu ilə Perinatal Mərkəzə daxil olmuş və noyabrın 2-də saat 23:20-də oğlan uşağı dünyaya gətirmişdir. Həmin gün saat 23:35-də baş vermiş qanaxma ilə əlaqədar əməliyyat edilmiş, lakin göstərilən tibbi yardımlara baxmayaraq, ertəsi gün saat 15:50-də vəfat etmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm