Qanunsuz ov edənlər cərimələndi
Bizi izləyin

Qırmızı.az

Qanunsuz ov edənlər cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən qanunsuz ov ilə məşğul olan şəxslər cərimə edilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması, eləcə də ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib.

Qusar rayonunun Hil kəndi ərazisində Hil kənd sakini Marks Dövlətov ov edərkən saxlanılıb. Ondan 1 ədəd tüfəng götürülərək barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib. Qanun pozucusu 1000 manat məbləğində cərimə olunub.

Keçirilmiş reydlər zamanı Bərdə və Qusar rayonları ərazisində ov edən naməlum şəxslər saxlanılıb, onlardan 2 ədəd tüfəng və 18 ədəd patron götürülüb. Hər iki fakt üzrə akt tərtib edilib, təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə müraciət olunub.

Eyni zamanda, keçirimiş reydlər zamanı ov quşlarının satışının təşkil edildiyi də aşkarlanıb. Belə ki, Lənkəran rayonu Şirinsu kəndi ərazisində 1, Qumbaşı kəndi ərazisində 4, Masalllı rayonu avtomobil yolunun kənarında 3 nəfər saxlanılaraq onlardan ümumilikdə 24 ədəd quş götürülüb və yandırılaraq məhv edilib. Qanun pozucuları barəsində müvafiq aktlar tərtib olunub, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün tərtib edilmiş sənədlər aidiyyəti rayon Polis Şöbələrinə göndərilib.
Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Nazirliyin əməkdaşları tərəfindən reydlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm