• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İcra başçısının müavini vəzifədən çıxarıldı

İcra başçısının müavini vəzifədən çıxarıldı

Şəmkir rayon icra başçısının müavini, Aqrar məsələlər şöbənin müdiri Tağızadə Pərviz Bəhram oğlu vəzifəsindən azad edilib.

Bu barədə Axar.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda Pərviz Tağızadənin vəzifəsindən Alimpaşa Məmmədovun Şəmkirə yeni rəhbər təyin olunduqdan qısa zaman sonra azad edildiyi deyilib.

Şəmkir Rayon İcra Hakimiyyəti də məsələ ilə bağlı faktı təsdiqləyib. İcra Hakimiyyətindən Axar.az-a verilən açıqlamada Pərviz Tağızadənin səhhəti ilə əlaqədar vəzifəsindən azad olunduğu bildirilib:

“Pərviz Tağızadə öz istəyi əsasında vəzifəsindən azad edilib. O, şəkər xəstəliyindən əziyyət çəkir. Alimpaşa Məmmədov yeni icra başçısı təyin edildikdən sonra onunla işləyə biləcəyini bildirsə də, Pərviz Tağızadə bununla razılaşmadı və səhhətinin işləməyə imkan vermədiyini qeyd etdi”.

Alimpaşa Məmmədov oktyabrın 8-də Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinə rəhbər təyin edilib. O bu vəzifədə Nizami Veysovu əvəzləyib.

Alimpaşa Məmmədov bundan öncə də Şəmkirdə çalışıb. O, bir müddət Şəmkir Rayon Vergilər İdarəsinin rəhbəri olub. İcra başçısı təyin olunana qədər isə A.Məmmədov Bakı şəhər Vergilər Departamentinin rəisi idi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR