Bu tələbələrə xüsusi təqaüd veriləcək
Bizi izləyin

Qırmızı.az

Bu tələbələrə xüsusi təqaüd veriləcək

Yüksək akademik göstəricilərlə təhsil alan tələbələrə xüsusi təqaüd veriləcək və gələcəkdə onlar işlə təmin ediləcək. Publika.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ilə Təhsil Nazirliyi arasında imzalanmış müqavilədə qeyd olunub.

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən seçilmiş şagirdlər və tələbələr “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də yay təcrübəsi proqramına qəbul ediləcək. Nazirliyin nəzdindəki ali təhsil müəssisələrinin professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılmasında, beynəlxalq əlaqələr üzrə həyata keçirilən layihələrdə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin tərəfdaş kimi iştirakına, burada çalışan yüksək ixtisaslı mütəxəssislərin təhsil müəssisələrində tələbələr üçün seçmə mühazirələrinin təşkilinə şərait yaradılacaq.

Memorandumda ali təhsil müəssisələrinin professor-müəllim heyətinin “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC –də məsləhətçi qismində işə cəlb olunması, birgə elmi-texniki işlərin aparılması, seminarların təşkili, eləcə də müştərək layihələrin işlənməsi və istehsalatda tətbiqi məsələləri də əksini tapıb.

Əməkdaşlıq Memorandumu çərçivəsində tərəflər metallurgiyaya dair ixtisaslar üzrə ilk peşə, orta ixtisas və ali təhsilin nüfuzunun yüksəldilməsi, yeniyetmələrin texniki peşələrə yiyələnməyə həvəsləndirilməsi üzrə birgə proqramların hazırlanması, həyata keçirilməsi və təbliği ilə bağlı öhdəlik götürüblər. Həmçinin əməkdaşlıqda iştirak edən ilk peşə-ixtisas təhsili müəssisələrində müvafiq maddi-texniki bazanın yaradılmasına, təhsilalanlarının bilik və bacarıqlarının qiymətləndirilməsinə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin mütəxəssislərinin də cəlb edilməsi nəzərdə tutulur.

Memorondum imzalama mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, real iqtisadi sektorda fəaliyyət göstərən müəssisələrlə, o cümlədən metallurgiya kompleksi ilə müvafiq ixtisaslar üzrə kadr hazırlığı aparan ilk peşə, orta ixtisas və ali təhsil müəssisələri arasında birbaşa əməkdaşlıq əlaqələrinin qurulması təqdirəlayiq haldır.

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin sədri Samir Cəfərov ölkəmizdə bir sıra yeni istehsal sahələrində kadr çatışmazlığı hiss olunduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm