Dərs iliylə bağlı yeni qərar nə vaxt tətbiq olunacaq? - Rəsmi
Bizi izləyin

Qırmızı.az

Dərs iliylə bağlı yeni qərar nə vaxt tətbiq olunacaq? - Rəsmi

Bununla əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirir ki, qeyd olunan normativ akt çərçivə sənədi olduğundan dərs ilinin nə vaxtdan uzadıldığı Təhsil Nazirliyinin səlahiyyətlərinə daxildir.

Nazirlər Kabinetinin qərarı dərs ili başlandıqdan sonra qəbul edildiyi üçün cari tədris ilində dərslər mayın 31-də başa catacaqdır.

****

Yeni dərs ilinin uzadılması ilə bağlı qərar bu tədris ilinə aid deyil.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Zəminə Əliqızı “facebook” sosial şəbəkəsində paylaşıb.

Qeyd edək ki, Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib. Dəyişikliyə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Dəyişiklikdə həmçinin dərs ili iki yarımilə bölünüb. Tətil günlərinin də vaxtında dəyişiklik edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm