Şad xəbər - havalar isinir
Bizi izləyin

Qırmızı.az

Şad xəbər - havalar isinir

Yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu tədricən yüksələcək. Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 15-16, rayonlarda isə 16-17 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 6-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək, şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6, gündüz 9-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, Lənkəran-Astara zonasında çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm