Qırmızı.az
Təhsil Nazirliyindən uşağın yanma xəbərinə münasibət
Təhsil Nazirliyi 11 saylı İnteqrasiya təlimli internat məktəbində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Nazirliyin QHT və KİV-lə iş sektoru və İnformasiya şöbəsinin müdiri Cəsarət Valehovun Publika.az-a verdiyi məlumatda hadisənin baş verməsində səhlənkarlığa yol verən şəxslərlə bağlı tədbirlərin görüldüyünü bildirib:
“Oktyabrın 30-da 11 saylı İnteqrasiya təlimli internat məktəbin şagirdi Surxay çay içmək istəyərkən internat yoldaşı Fateh Quluzadə onun əlinə toxunduğundan Fatehin çiyin nahiyəsində yüngül yanıq əmələ gəlib. Hadisə ani zamanda baş verib, dərhal tərbiyəçi və dayə Fatehə ilk tibbi yardım göstəriblər. Yanıq kəskin dərəcəli olmadığından uşağın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb. Hazırda uşağın səhhəti tam normaldır, dərslərdə iştirak edir və sinif yoldaşları ilə oynayır, eyni zamanda internat məktəbinin tibb bacısının gündəlik diqqət və qayğısı ilə əhatə olunub”.
C.Valehov uşağın valideyni dərhal internat məktəbinin rəhbərliyi tərəfindən məktəbə dəvət olunduğunu və məsələ ilə bağlı məlumatlandırıldığını deyib.
Onun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələrinin hədsiz həssaslığı və ajiotaj yaratmaq həvəsi ilə məsələnin miqyasının şişirdilməsi cəhdləri qeydə alınıb.
“Fateh Quluzadənin anası, ixtisasca həkim olan Məhsəti Səfərova da uşağının adından piar vasitəsi kimi istifadə edilməsi əməllərini pisləyib.
Qeyd olunan məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri internat məktəbində olub, Sabunçu rayonu 14-cü polis bölməsinin əməkdaşı ilə birlikdə araşdırma aparılıb. Səhlənkarlığa yol verdiklərinə görə aidiyyəti şəxslər barəsində inzibati cəza tədbiri görülüb”.
Gülxar
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var