Bakıda yolun çökmə səbəbi məlum oldu
Bizi izləyin

Qırmızı.az

Bakıda yolun çökmə səbəbi məlum oldu

Bakının Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki ayırıcı zolaqda baş verən çökmənin səbəbi məlum olub.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Publika.az-a verilən məlumata görə, səhər saatlarında həmin ərazidə su sızması baş verib.

Yolun altından keçən 700 mm diametrlik iki ədəd su borusunun qaynaq hissəsində sızma baş verib. Bunun nəticəsində yol çöküb.

Hazırda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri qəzanı aradan qaldırırlar. Bundan sonra yenidən həmin hissəyə asfalt-beton örtüyü vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm