
Zığ-aeroport şosesində yük avtomobili aşıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin
rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, hava limanından Zığ
dairəsi istiqamətinə gedən yolun 19-cu kilometrliyində "KamAZ"
markalı yük maşını normadan artıq yükləndiyindən aşıb. Nəticədə yol
təsərrüfatına ziyan dəyib.
Araşdırma aparılır.