Qırmızı.az
“Grand Motors”un vəzifəli şəxsinin işi məhkəməyə göndərildi
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Grand Motors” MMC-nin vəzifəli şəxsi tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a
bildiriblər ki, istintaq zamanı cəmiyyətin vəzifəli şəxsi Samir
İbadullayevin qulluq mövqeyindən sui-istifadə etməklə özgəsinin
əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakininin “Grand
Motors” MMC-dən lizinq yolu ilə aldığı avtomaşınlara görə 176 min
450 manat məbləğində ödədiyi vəsaitin 120 min 150 manatını
sonuncunun adına cəmiyyətin mühasibatlığında açılmış hesaba mədaxil
etməyərək ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham
elan edilib.
İstintaq dövründə dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin
olunub.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı