FHN tədbir keçirib
Bizi izləyin

Qırmızı.az

FHN tədbir keçirib

Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu Qobu qəsəbəsi Q.Xalıqov adına bir nömrəli tam orta məktəbində “Fövqəladə hallar zamanı necə davranmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, FHN Sumqayıt Regional Mərkəzi ilə Abşeron rayon Təhsil Şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına əsasən rayonun təhsil ocaqlarında keçirilən bu silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin nümayəndələri, Abşeron rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib.

Tədbirin nəzəri hissəsində Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Məişətdə qaz cihazlarının təhlükəsizliyini necə təmin etməli”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar edib.

Daha sonra “Dəm qazı və ya gözəgörünməz qatil” mövzusunda videoçarx nümayiş olunub.
Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, onlara maarifləndirmə xarakterli təbliğat materialları, bukletlər paylanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm