Azərbaycanda yeni muzey yaradılır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yeni muzey yaradılır

Azərbaycanda Təbiət Tarixi Muzeyi yaradılacaq.

Publika.az xəbər verir ki, AMEA Rəyasət Heyəti Azərbaycanda geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyi yaradılması barədə qərar qəbul edib.

Qərar ölkə Prezidenti İlham Əliyevin 20 oktyabr 2014-cü il tarixli müvafiq Fərmanının icrasından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə qəbul olunub.

AMEA-nın Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatova tapşırılıb ki, “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nı nəzərə almaqla, akademiyasının nəzdində Təbiət Tarixi Muzeyinin nizamnaməsini və strukturunu, eləcə də bu muzeyin fəaliyyətə başlaması üçün zəruri tədbirlər haqqında təklifləri hazırlayıb Yer Elmləri Bölməsinə təqdim etsin.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə olunub.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm