Musa Qasımlıya AMEA-da vəzifə verildi
Bizi izləyin

Qırmızı.az

Musa Qasımlıya AMEA-da vəzifə verildi

Tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlıya AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru vəzifəsinə təyin edilib.


AMEA-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün keçirilən AMEA-nın Rəyasət heyətinin iclasında bir sıra kadr təyinatları aparılıb.


Belə ki, kimya üzrə fəlsəfə doktoru Məlik Dəmirov AMEA-nın Təcrübə-Sənaye Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. Kimya elmləri doktoru Mirzə Mövsümzadə AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Mehbarə Səfərova AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fəridə Qəhrəmanova AMEA-nın Mikrobiologiya İnstitutunun elmi katibi vəzifəsinə təyinat alıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm