Azərbaycanlı alimlərin Almaniya ilə əməkdaşlıq imkanları müzakirə edilib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı alimlərin Almaniya ilə əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Milli Elmlər Akademiyası ilə (AMEA) Almaniya elmi ictimaiyyəti arasında əməkdaşlıq imkanları müzakirə edilib.

AMEA ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Berlinə səfər çərçivəsində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya alimləri və Azərbaycan diasporunun elmi üzvləri ilə görüşüb. Ölkəmizin Berlində yerləşən səfirliyinin dəstəyi ilə təşkil edilən səfər çərçivəsində “Azərbaycan – Almaniya: İkitərəfli münasibətlərdə elmin yeri və rolu” mövzusunda dəyirmi masa, Humbolt Fondunda, Azərbaycan Diaspora Mərkəzində, həmçinin Berlin Brandenburq Elmlər Akademiyasının (BBEA) vitse-prezidenti Kristof Markşiss ilə görüşlər keçirilib. BBEA-nda keçirilən görüşdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunub, yaxın zamanda AMEA ilə memorandum imzalanması təklifi irəli sürülüb.

Sonra Humbolt Universitetinin “Azərbaycan tarixi” fakültəsinin rəhbəri Eva Mariya Aux ilə görüş keçirilib. Tədbirdə Almaniyada Azərbaycan tarixinə dair kitabların çap olunması və ölkəmiz haqqında ensiklopediyanın hazırlanmasına, həmçinin AMEA-nın Mərkəzi Kitabxanası ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm