Ermənilərin kabusu olan Milli Qəhrəman
Bizi izləyin

Qırmızı.az

Ermənilərin kabusu olan Milli Qəhrəman

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin vətəninə qaytarılmasının 4-cü ili tamam olur. 2010-cu il noyabrın 6-da Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə nəşi vətənə qaytarılan Milli Qəhrəman Mübariz İbrahimov, uğrunda canından keçdiyi torpağa tapşırıldı.

Hazırda milli qürur yerinə çevrilən Mübariz kimdir?

O, 1988-ci il fevralın 5-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Uşaqlıqdan sakit təbiətə malik olan Mübariz gələcəkdə Azərbaycan tarixinə adının qızıl hərflərlə yazılacağından xəbərsiz idi.

Mübariz 2005-ci ildə həqiqi hərbi xidmətə çağrılır. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirir. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışır. Amma sonradan bir zamanlar onun üçün doğma olan sahəyə qayıdır. 2009-cu ilin avqust ayında yenidən hərbi xidmətə geri dönmək üçün ərizə yazır. Bu dəfə isə orduya başqa rütbə ilə getməli olur. Mübariz tezliklə gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayır. Lakin İbrahimovun vətəni qarşısında nə isə bir şey etmək cəhdi onun arxa cəbhədə çalışmasına maneçilik yaradır. O, artıq irəliyə düşmənlə göz-gözə gələcəyi məntəqəyə can atır. Bunu isə qısa müddət ərzində bacarır. Artıq özündən yuxarı dairələrə yazdığı məktuba cavab gəlmişdi. Tezliklə cəbhə xətti özünün daxilində cəsarət eşqinin alovlandığı aslanını öz səngərinə qəbul edir. Və İbrahimov arzusuna çatır.

Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm