Gəncədə uşaq bağçası yanıb
Bizi izləyin

Qırmızı.az

Gəncədə uşaq bağçası yanıb

Bu gün Gəncə şəhər 44 nömrəli körpələr-evi uşaq bağçasında yanğın hadisəsi baş verib.

Bu gün Gəncə şəhər 44 nömrəli körpələr-evi uşaq bağçasında yanğın hadisəsi baş verib.

Publika.az xəbər verir ki, yanğın ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 50 kv.metr olan otaqda qeydə alınıb.

Dərhal hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri gəlib və alovun digər otaqlara keçməsinin qarşısı alınıb.

İş günü olmadığı üçün otaqda heç kim olmayıb və xəsarət alan yoxdur. Yanğınsöndürənləri isə yaxınlıqda yaşayan sakinlər çağırıb.

Hadisəyə ilkin səbəb kimi qaz sobasının yanılı qalması göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm