Elmira Süleymanova: "Uşaq ombudsmanı yaradılsın"
Bizi izləyin

Qırmızı.az

Elmira Süleymanova: "Uşaq ombudsmanı yaradılsın"

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkədə uşaq ombudsmanının yaradılması məsələsinə aydınlıq gətirib.

E.Süleymanova Trend-ə açıqlamasında deyib ki, uşaq ombudsmanının yaradılması uşaq hüquqlarının qorunması üçün daha geniş imkanlar aça bilər: “Mən özüm də bir ombudsman olaraq uşaq ombudsmanının yaradılmasına etiraz etmirəm. Bu, uşaqların hüquqlarını daha geniş şəkildə qorumağa imkan yaradardı. Amma bütün dünyada bu proseslər əks istiqamətdə gedir. Misal üçün, bir çox ölkələrdə uşaq ombudsmanı institutu ləğv edilir və Prezident Administrasiyası və ya digər qurumlar nəznində müvafiq şöbələr yaradılır”.

Bununla bağlı Azərbaycandakı vəziyyətə toxunan E.Süleymanova bildirib ki, rəhbərlik etdiyi qurum BMT Uşaq Hüquqları Komitəsinə ixtisaslaşmış hesabat göndərib: “Oradan da tövsiyə edildi ki, ya Ombudsman təsisatı tərkibində xüsusilə uşaqlarla məşğul olan struktur bölməsi, ya da ayrıca uşaq ombudsmanı yaradılsın. Biz bununla bağlı Azərbaycan hökumətinin qərarını gözləyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm