Qırmızı.az
İnformasiya cəmiyyətinin inkişafı üçün yeni strategiya hazırlanıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən cari ilin 9 ayı ərzində informasiya cəmiyyətinin inkişafı, “E-hökumət” həllərinin tətbiqinin genişləndirilməsi, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülüb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, “Azərbaycan Respublikasında informasiya
cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli
Strategiya” təsdiq edilib. Milli Strategiyanın həyata keçirilməsi
üzrə 2014-2017-ci illəri əhatə edən Dövlət Proqramının layihəsi
hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb,
tədbirlər üzrə tələb olunan maliyyə vəsaitləri müəyyənləşdirilib və
hazırda Maliyyə Nazirliyi ilə razılaşdırılır.
Qeyd edək ki, sözügedən strategiyanın əsas məqsədi ölkədə
informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı
imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün
səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi,
İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə
sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi
sektor kimi inkişaf etdirilməsidir.
Hesab olunur ki, strategiya üzrə tədbirlərin icrası nəticəsində
cəmiyyətin hərtərəfli inkişafı üçün informasiya cəmiyyətinin
yaratdığı bütün imkanlardan bəhrələnməyə əlverişli şərait
yaradılacaq. İKT sektorunun əsas göstəriciləri inkişaf etmiş
ölkələrin müvafiq göstəriciləri səviyyəsinə çatdırılacaq, İKT
infrastrukturu inkişaf etdiriləcək və əhalinin artan tələbatını
qabaqlayaraq müasir texnologiyalardan inkişaf üçün bəhrələnməyə
imkan verəcək, bölgələr, sosial qruplar arasında və digər növ
“rəqəmli fərqlilik” azaldılacaq, rəqabətədavamlı İKT sənayesi
formalaşacaq, ÜDM-də İKT, poçt və informasiya sektorunun payı
artırılacaq. Həmçinin internet azadlığı, informasiya əldə etmək
kimi universal dəyərlər təmin ediləcək, vətəndaşların hüquq və
azadlıqlarının reallaşdırılması üçün müasir texnologiyalar yardımçı
olacaq, genişzolaqlı internet xidmətləri universal xidmətlərə aid
ediləcək və ölkə ərazisində genişzolaqlı internet xidmətlərinə
çoxçeşidli və müasir texnologiyalar əsasında çıxış imkanları
genişləndiriləcək, internet magistrallarına alternativ və
yüksəksürətli birləşmələr təmin olunacaq, tranzit informasiya
imkanları genişləndirilməklə, Azərbaycan regionun İKT xidmətləri
bazarının aktiv iştirakçısına çevriləcək.
Eyni zamanda, distant təhsil, elektron ticarət, telesəhiyyə və
digər müasir xidmət növlərinin geniş tətbiqi, kosmik sənayenin
inkişafı, İKT sektorunun inkişaf tempinə uyğun kadr hazırlığı
sisteminin formalaşdırılması, informasiya təhlükəsizliyinin
səmərəli qorunması və s. kimi əsas məqsədlərə nail olunacağı
gözlənilir.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ