Polşada ADU professorunun “Azərbaycan dili “ dərsliyi nəşr olundu
Bizi izləyin

Qırmızı.az

Polşada ADU professorunun “Azərbaycan dili “ dərsliyi nəşr olundu

Bu yaxınlarda ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyevanın müəllifi olduğu “Azərbaycan dili“ dərsliyi Polşanın “Dialoq” nəşriyyatında Azərbaycan və polyak dillərində çapdan çıxıb. çıxıb. Kitab Polşanın Varşava Universitetinin Elmi Şurasının qərarı ilə dərs vəsaiti kimi istifadə olunacaq.

Dərslik Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovun və Polşanın Varşava universitetinin layihəsi əsasında ərsəyə gəlib.

Kitabın redaktoru Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, rəyçiləri filologiya elmləri doktoru, professor Adil Babayev, filologiya elmləri doktoru, professor İkram Qasımov, filologiya elmləri namizədi, dosent Faiq Şahbazlı, filologiya elmləri namizədi, dosent Fazil Əhmədovdur.

Qeyd edək ki, professor Fəridə Səfiyeva 50-dən artıq elmi məqalənin, 2 dərs vəsaitinin, 2 monoqrafiyanın, 3 proqramın müəllifidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm