Əməyin mühafizəsi üzrə mütəxəssislər maarifləndiriləcək
Bizi izləyin

Qırmızı.az

Əməyin mühafizəsi üzrə mütəxəssislər maarifləndiriləcək

Azərbaycanda “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Azərbaycan Respublikası əmək qanunvericiliyi sistemi” mövzularında kurslar təşkil olunacaq. Publika.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Fuad Əlizadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Kurslar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və nazirliyin Sosial Problemlər üzrə Elmi-Tədqiat və tədris Mərkəzi tərəfindən idarə, müəssisə və təşkilatlarda əməyin mühafizəsi üzrə mütəxəssislər üçün təşkil olunacaq.

DƏMX-in rəisinin sözlərinə görə, bu, respublikada əməyin təhlükəsizliyinin təmin edilməsinə, bədbəxt hadisələrin qarşısını almağa yönəlib. Artıq noyabr ayının 10-dan kurslara start veriləcək. İşəgötürənlərin vəzifəli şəxsləri metodiki vəsaitlərlə təmin olunacaqlar.

Kurslar qurumun tədris mərkəzində keçiriləcək. Bu sahədə Türkiyə və Litva təcrübəsi də öyrənilib. Türkiyəli mütəxəsislər də bu kurslara cəlb olunacaq. Kurslar ödənişli olacaq və 8-10 gün davam edəcək kursların ödənişi işəgötürənlər tərəfindən ödəniləcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm