Nazirlik rəsmisi istehsalatdakı bədbəxt hadisələrdən danışdı
Bizi izləyin

Qırmızı.az

Nazirlik rəsmisi istehsalatdakı bədbəxt hadisələrdən danışdı

Son 15 ildə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində ölənlərin statistikası stabil qalıb. Publika.az xəbər verir ki, Bu barədə DƏMX-in rəisi Fuad Əlizadə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, son 15 il ərzində istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində hər 100 000 nəfərə düşən işçi sayında bədbəxt hadisələr nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi, xəsarət almalar və ölümlə nəticələnən statistika stabil qalıb. Məsələn, 1997-2000-ci illər ərzində hər 100 000 nəfər işləyənə həlak olmuş işçilər 4-5 nəfər təşkil edirdisə, 2009-cu ildə bu göstərici 6, 2009-2013-cü illər ərzində isə 6-7 nəfər olub.

İstehsalatda baş verən bədbəxt hadisə nəticəsində xəsarət alanların sayı 1997-2000-ci illərdə 16 nəfər, 2000-2007-ci illərdə 15-16 nəfər, 2009-2013-cü illərdə 4-5 nəfər təşkil edib.

Son 10 ildə 1 milyon 200 min iş yerinin açıldığını deyən Fuad Əlizadə bildirib ki, bunların da çoxu emal, tikinti və sənaye sahəsini əhatə edir. Onun sözlərinə görə, bədbəxt hadisələrin statistikasına nəzər salsaq, orada stabilliyin qorunub saxlanılması uğurlu hal sayıla bilər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm