Qırmızı.az
İşəgötürənlərin risk səviyyələri müəyyən ediləcək
Azərbaycanda yüksək və orta risk qrupuna aid olan işəgötürənlərin müəyyən edilməsi və onlar üzərində dövlət və ictimai nəzarətin intensivliyinin artırılması nəzərdə tutulub. Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Xidmət rəisi bildirib ki, bu məsələ artıq hökumətə təqdim edilmiş Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Milli Strategiya layihəsində öz əkini tapıb. Sənəddə Əməyin Mühafizəsi Fondunun yaradılması, əməyin mühafizəsi üzrə milli informasiya Agentliyinin, Milli İnformasiya Mərkəzinin yaradılması da planlaşdırılır. Bu mərkəz yaradıldıqdan sonra artıq bütün işəgötürənlər üçün əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı ixtisasartırma, peşə kursları burada keçiriləcək.
Xidmət tərəfindən aşkar olunmuş hüquq pozuntularından danışan F. Əlizadə vurğulayıb ki, hüquq pozuntularının 20 %-i əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən baş verir. Onun sözlərinə görə, bu ilin yanvar-sentyabr ayları ərzində 14 609 hüquq pozuntusu aşkar edilib. Baş verən hüquq pozuntularının 80 %-i isə özəl sektorun payına düşür.
Gülnar Əliyeva
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI