Yaxın 3 gündə hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Yaxın 3 gündə hava necə olacaq?

Yaxın 2-3 gün ərzində Azərbaycanda hava mülayim, əsasən yağmursuz keçəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a bildiriblər ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman gözlənilir. Səhər şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, Lənkəran-Astara zonasında çiskin olacaq. Qərb küləyi əsəcək.


Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isi, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm