Qırmızı.az
Bakıda avtoş rəisin maşınını əzdi
Dünən Binəqədi rayon ərazisində yol polisi avtomobili ilə mülki avtomobil toqquşub.
Aznews.az xəbər verir ki, 90 FT 492 dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobil 10 YP 564 nömrə nişanlı DYP avtomobilinə çırpılıb.
Məlumata görə, hadisə “Priora”nın sahibinin avtoxuliqanlıq etməsi zamanı baş verib. Belə ki, qeyd olunan avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün yol polisi əməkdaşları ona saxlamaq əmri veriblər, lakin o, avtomobili saxlamayaraq, ərazidən uzaqlaşmağa başlayıb. Bundan sonra bir neçə yol polisi avtomobili onu dayandırmağa çalışıb. Qəza da bu zaman baş verib.
Məlumatda qeyd olunur ki, əzilən YPX avtomobilində Binəqədi Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin rəisi olub.
Sürücü saxlanaraq, istintaqa təhvil verilib.
Araşdırma aparılır.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL