• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mərcanın toyuq olsun – “Ucar Aqro" MMC-dən REPORTAJ

Mərcanın toyuq olsun – “Ucar Aqro" MMC-dən REPORTAJ

Kütləvi informasiya vasitələri təmsilçiləri üçün Ucar rayonunda 7 ay öncə istifadəyə verilən "GarantHolding" MMC-nin nəzdində yaradılmış "Ucar Aqro" MMC-nin quş əti emalı müəssisəsinə media-tur təşkil edilib. Publika.az-ın əməkdaşının da iştirak etdiyi media-tur müəssisənin fəaliyyəti, iş rejimi, istehsal sahələri və toyuq məhsullarının ərsəyə gələnə qədər keçdiyi prosedurlarla yaxından tanış olmaq məqsədilə təşkil edilib.

Azərbaycanda hava ilə soyudulan ilk və yeganə toyuq əti...

Hal hazırda burada istehsal olunan məhsulların hamısı “Mərcan” brendi altında bazara çıxarılır. Bunlar “Mərcan Kənd çolpası”, “Mərcan Premium” və “Mərcan Broyler” toyuqlarıdır. Məhsulların hər bir növü unikaldır və istənilən müştərinin təlabatını ödəməyə qadirdir. “Mərcan” toyuqları Azərbaycanda hava ilə soyudulan ilk və yeganə toyuq əti brendidir.Yəni, hər bir toyuq soyuq “hava yastığı” ilə əhatə edilir, bu isə kontaminasiya riskini 0-a endirir. Hər bir toyuq ayrı-ayrılıqda, bir-birinə toxunmadan, yüksək gigiyenik şəkildə soyudulur və toyuğun tərkibinə olan faydalı təbii şirələr qorunur. Toyuq ətinin istehsalı prosesində istifadə olunan xüsusi növ qablaşdırma zərərli bakteriyaların sayını və inkişafını minimum səviyyəsinə salaraq, ətin təzəliyini, toyuq ətində olan vitaminləri və mineralları bütün saxlama müddətində tam qoruyur.

Gələcəkdə toyuq məhsullarının xaricə də satışı həyata keçiriləcək...

Jurnalistlərə müəssisənin fəaliyyəti və gələcək planları haqqında məlumat verən "Ucar Aqro" MMC-nin baş direktoru Rüfət Məmmədzadə bildirib ki, rəhbəri olduğu qurum Avropa standartlarına uyğun olaraq qurulub. Bütün beynəlxalq standartlara cavab verən müəssisənin 6000 baş/saatda yüksək keyfiyyəttli, HALAL (əl ilə kəsilir), yeni növ qablaşdırma, yüksək gigiyena şəraitində (hava ilə soyutma) istehsal etdiyi toyuq əti və toyuq əti məhsullarının yüksək keyfiyyəti beynəlxalq İSO 22000 və MS 15000-2009 standartlarının tələbləri uyğundur. Müəssisədə gündəlik olaraq 16 min baş toyuq kəsilərək qablaşdırılır. Gələcəkdə bunun 35 minə çatdırılması nəzərdə tutulur. Müəssisənin illik istehsal gücü isə 22 min tondur. 2015-ci ilin sonuna kimi "Ucar Aqro" MMC rayonda ayrı-ayrı ərazilərində yerləşəcək “Yetişdirmə”, “Yem istehsalı” və “İnkubasiya” müəsisələri də istifadəyə veriləcək. Bu müəsisələr də istifadəyə verildikdən sonra quş əti emalı müəssisəsi bütün xam malla özünü təmin etmiş olacaq.

Rüfət Məmmədzadə deyib ki, müəssisədə istehsal olunan quş əti məhsulları hazırda Bakı daxil olmaqla Azərbaycanın 6 rayonuna-Sumqayıt, Ucar, Zərdab, Göyçay, Bərdə və Kürdəmirdə satışı həyata keçirilir və gələcəkdə bunun bütün rayonları əhatə edəcəyimiz də şübhəsizdir. Müəssisə rəhbəri həmçinin vurğulayıb ki, qarşıdakı illərdə "Ucar Aqro" MMC-də istehsal olunan məhsullar xarici bazara da çıxartmaq niyyətləri var: “Bir müddət əvvəl Rusiyaya ixracla bağlı bir sıra dövlət qurumları rəsmləri bizim müəssisədə də olublar. Artıq ilk xarici ölkə kimi "Ucar Aqro" MMC-də istehsal olunan məhsullar Rusiya bazarına çıxarıla bilər. Ümid edirik ki, bundan sonra digər ölkələrə də öz yerli məhsullarımızı təqdim edə biləcəyik”.

“Mərcan” toyuqları qiymətcə baha olsada.......

Rüfət Məmmədzadə həmçinin emal müəssisənin investisiya həcmi və məhsulların maya dəyəri barədə də məlumat verib. O bildirib ki, təkcə emal müəssisənin tikinti və istifadəyə verilmə həcmi 14 milyon manata başa gəlib. Burada ən son texnologiyalar qurlaşdırılıb. Bununla yanaşı müəssisədə ən müasir innovasiyaları da tətbiq edir. Zavodun ən yeni avadanlığı əsasən də Avropa ölkələrindən-Almaniya, Niderland, İtaliya, İsraildən gətirilib. Müəssisədə istehsal demək olar ki, tam olaraq avtomatlaşdırılıb. Əl əməyi isə yalnız onun labüd olduğu yerlərdə, məsələn, halal standartına uyğun olaraq toyuğun kəsilməsi zamanı tətbiq edilir. Bir sözlə ət kəsimi və paketləşdirilməsi ən müasir gigiyena qaydalarına uyğun həyata keçirilir. Müəssisənin yerli kənd əhalisinin işlə təminatında böyük əhəmiyyəti var. Ümumilikdə istehsal prosesinə 208 işçi cəlb olunub, daha 150 nəfər müəssiənin qarışıq sahələrində çalışırlar.

Toyuqları namaz qılanlar kəsir...

Ət kəsimini həyata keçirən qəssablar yalnız və yalnız namaz qılan şəxslərdir. Bunun üçün müəssisədə namaz qılmaq üçün geniş otaq da yaradılıb. Məhsulların qiymətinə gəlincə isə müəssisə rəhbəri bunun ölkədə digər quş əti məhsullarına nisbətən baha olduğunu deyib.

Rüfət Məmmədzadə vurğulayıb ki, yuxarıda qeyd etdiyim kimi, məhsullarımız ən müasir tələblər çərçivəsində ərsəyə gəlir. Bu da böyük maliyyə vəsaiti deməkdir. Bunun üçün biz istehlakçılara ən yüksək səviyyədə məhsullar istehsal edirik ki, “Mərcan” toyuqları onların ağızların dadına uyğun gəlsin və ən əsası sağlamlıqlarına mənfi təsiri olmasın.

Bir sözlə gördüklərimiz həqiqətən də bizi valeh etdi. Media nümayəndələri olaraq "Ucar Aqro" MMC-də toyuq məhsulları ən müasir tələblərə uyğun istehsal edildiyinin bir daha şahidi olduq. Müəssisə rəhbərliyi digər vətəndaşların da "Ucar Aqro" MMC-nin işi ilə tanış olmağa heç bir məhdudiyyətin olmadığını deyib. Müəssisədə hər kəs istehsal olunan toyuq məhsullarının ərsəyə gələnə qədər keçdiyi prosedurlarla yaxından tanış ola bilər.

Xatırladaq ki, Azərbaycan regionların inkişaf planına əsasən 2012-ci ilin sentyabr ayında təməli qoyulmuş "Ucar Aqro" MMC təkcə Azərbaycanda yox, bütün Cənubi Qafqazda ən müasir və unikal quşçuluq komplekslərindən biridir və “GARANT Holding”in nəzdində yaradılmış ilk aqrar şirkətdir.

Amid Əyyuboğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR