Moskvada tanınmış qanuni oğru həbs edildi
Bizi izləyin

Qırmızı.az

Moskvada tanınmış qanuni oğru həbs edildi

Moskvanın Şeremetyevo hava limanında qanuni oğru Aleksey Qudına həbs edilib.

Publika.az “Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, “Lexaİrkutski” ləqəbilə məşhur olan Qudına saxta pasportla Türkiyəyə uçmaq istəyirmiş.

40 yaşlı avtoritet barəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd maddəsilə cinayət işi açılıb.

“Lexa İrkutski” bir sıra qətllər törətmiş kriminal qruplaşmanın üzvü olub. 2001-ci ildə cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün yalandan öz ölümünü səhnələşdirib və bir müddət saxta sənədlərlə yaşayıb.

Özünü Andrey İlyin, yaxud Andrey Sidorenko kimi qələmə verib.

2000-ci illərin ortalarında Qudına narkotik maddələrin saxlanılmasına görə həbs cəzası alıb. 3 il bundan əvvəl isə azadlığa buraxılıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm