FHN-lə Niderlandın müvafiq nazirliyi arasında memorandum imzalanıb - FOTO
Bizi izləyin

Qırmızı.az

FHN-lə Niderlandın müvafiq nazirliyi arasında memorandum imzalanıb - FOTO

Noyabr ayının 6-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla ölkəmizdə səfərdə olan Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melani Şults van Haegen-Maas Geesteranus arasında görüş olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov xanım Melani Şults van Haegen-Maas Geesteranusa Fövqəladə Hallar Nazirliyi, o cümlədən onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib, iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində sıx əməkdaşlığın mövcud olduğunu bildirib.. Nazir hər iki qurum arasında, xüsusilə, su resurslarının idarə oluması və daşqınların qarşısının alınması istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini önə çəkib.

Xanım Melani Şults van Haegen-Maas Geesteranus, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib, hər iki qurum arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Sonra Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melani Şults van Haegen-Maas Geesteranus “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin bəzi qurumlarının fəaliyyəti ilə tanışlıq da nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm