• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dayılarının ölümündə təqsirləndirilən şəxs həbs edilib

Dayılarının ölümündə təqsirləndirilən şəxs həbs edilib

Fevralın 7-də Sumqayıt şəhəri, Corat bağlar sahəsində bağ evində şəhər sakinləri Dünyamalı, Yadigar və Ağamalı Mirzəyev qardaşlarının meyitlərinin aşkar edilməsi ilə əlaqədar daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, hadisə yerindən içərisində neft olan şüşə butulka, alışqan və digər əşyalar maddi sübut kimi götürülmüş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, zəruri ekspertizalar təyin edilmişdir.

İstintaq zamanı Xızı rayon sakini Əsgəralı Abbasovun qeyd edilən tarixdə sərxoş vəziyyətdə olan dayıları ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu söyüb təhqir etdiklərinə görə qisas almaq məqsədi ilə saat 01 radələrində sonuncuların yaşadıqları bağ evini neftdən istifadə edib yandırmasında və nəticədə onların tüstüdən boğularaq ölmələrində əsaslı şübhələr olduğundan o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR