İlyas Abdullayevin 100 illiyinə həsr olunmuş yübiley tədbiri keçirilib
Bizi izləyin

Qırmızı.az

İlyas Abdullayevin 100 illiyinə həsr olunmuş yübiley tədbiri keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) görkəmli alim və ictimai xadim, AMEA-nın həqiqi üzvü İlyas Abdullayevin 100 illiyinə həsr olunmuş yübiley tədbiri - xatirə günü keçirilib.

Publika.az xəbər verir ki, xatirə günü AMEA Rəyasət Heyətinin qərarına əsasən təşkil edilib.

Tədbirdə alimin zəngin həyat fəaliyyətindən bəhs edilib. Bildirilib ki, İ.Abdullayev 1913-cü ildə dünyaya göz açıb. 1930-cu ildə Zaqatala kənd təsərrüfatı texnikumunu, 1934-cü ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərək elmi fəaliyyətinə qədəm qoyub.

Tanınmış alim 1955-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü olub. O, gənc yaşlarından elm sahəsində bir sıra mühüm vəzifələrdə çalışıb, institutlarda elmi işçi, şöbə müdiri, Azərbaycan Elmi-Tədqiqat İpəkçilik Stansiyasının direktoru olub. Akademik Abdullayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdir müavini və müdiri (1942-1948), Azərbaycan SSR Nazirlər Soveti Sədrinin müavini (1948-1950), Azərbaycan SSR kənd təsərrüfatı naziri (1950-1954), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954-1958), habelə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1958-1959) vəzifələrində çalışıb. Alim elmi nailiyyətlərinə həsr edilmiş 300-ə qədər elmi əsərin müəllifidir. Tanınmış alim 1956-cı ildən ömrünün sonuna kimi Genetika və Seleksiya İnstitutunda (indiki GEİ) şöbə müdiri vəzifəsində çalışıb.

İ.Abdullayevin əməyi bir sıra dövlət mükafatları - “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı”, SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə qiymətləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm