Gəncədə 47 yaşlı qadın evində yandı
Bizi izləyin

Qırmızı.az

Gəncədə 47 yaşlı qadın evində yandı

Gəncədə vətəndaşlardan birinə məxsus evdə baş verən yanğın ölümlə nəticələnib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 17 kv.m olan birotaqlı mənzildə ev əşyaları 3 kv.m sahədə qismən yanıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi 1967-ci il təvəllüdlü İsmayılova Pərvanə Əziləddin qızının meyiti aşkar edilib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın saat 02:18-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm