Sabahdan ölkə ərazisində hava şəraiti isinməyə başlayacaq
Bizi izləyin

Qırmızı.az

Sabahdan ölkə ərazisində hava şəraiti isinməyə başlayacaq

Sabahdan ölkə ərazisində hava şəraiti isinməyə başlayacaq.

Sabahdan ölkə ərazisində hava şəraiti isinməyə başlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, istirahət günü Bakı və Abşeron yarımadasında hava şəraitinin gün əzində əsasən yağmursuz, lakin fevralın 8-dən 9-na keçən gecə yarımadanın bəzi yerlərində yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacaq.

Fevralın 9-da Azərbaycanın rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək, lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində az yağıntılı olma ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm