Bakının mərkəzində böyük tıxac yaranıb - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakının mərkəzində böyük tıxac yaranıb - FOTO

Bakıda yenə də əksər küçələrdə tıxac var. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, paytaxtda tıxacın əsas səbəbi Koroğlu Rəhimov və Gülayə Qədirbəyova küçələrinin təmirə bağlanmasıdır.

Hazırda Heydər Əliyev prospekti - kənar və əsas yolda şəhər istiqamətinə tıxac müşahidə olunur. Babək prospektindən Heydər Əliyev prospekti istiqamətində, N. Rəfiyev küçəsindən Y. Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində avtomobillərin hərəkətində sıxlıq var.

Bundan əlavə, A. Cəlilov küçəsi, Təbriz küçəsi, Həsənoğlu küçəsindən Heydər Əliyev prospekti istiqamətində, o cümlədən Ə. Rəcəbli və qismən də Həsən Əliyev küçəsində tıxac müşahidə olunur.

Hazırda Koroğlu Rəhimov küçəsi bağlı olduğundan yol polisi hərəkəti nisbətən yüngülləşdirmək məqsədilə Babək prospektindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin məhdud şəkildə buraxır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm