Türkiyə vətəndaşı Azərbaycanda qaçaqmal keçirərkən saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Türkiyə vətəndaşı Azərbaycanda qaçaqmal keçirərkən saxlanıldı

Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycana qanunsuz yolla gətirilən uşaq oyuncaqları, siqaretlər, məişət avadanlıqları və s. əşyalar aşkarlayıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşı Kotil Reşat Ahmet oğlunun idarə etdiyi “DAF” markalı 34YA0678/0569 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsindən yük müşayiət sənədlərində göstərilməyən müxtəlif adda 818 ədəd məişət avadanlıqları, bəzək əşyaları, uşaq oyuncaqları və telefon aksesuarları aşkar edilib.

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı Musayev Azad Dursun oğlunun idarə etdiyi “Mercedes-Benz C457” markalı, 10JV643 dövlət nömrə nişanlı sərnişin avtobusu Tovuz şəhər avtovağzalı ərazisində saxlanılıb.

Nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük baxışı həyata keçirilib, avtomobilin yük yerindən 9 ədəd müxtəlif ölçülü karton qutulardan üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan xaricdə istehsal olunmuş, ümumilikdə 7 adda 8190 qutu siqaretlər aşkar edilərək götürülüb.

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Həsənov Ravil Telman oğlunun idarə etdiyi “QAZ-2752” markalı, 57-BL-982 nömrə nişanlı yük avtomobilinin kapotunun altında və arxa yük yerinin taxta döşəməsinin altından 570 qutu petardatipli pirotexniki məmulatlar və 4 iri qutu fişənglər aşkar olunaraq götürülüb..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm