Bilik Fondu Kembric Universitetinin professorunu tələbələrlə görüşdürdü
Bizi izləyin

Qırmızı.az

Bilik Fondu Kembric Universitetinin professorunu tələbələrlə görüşdürdü

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Docendo discimus” layihəsi çərçivəsində Kembric Universiteti Yaxın Şərq və Asiyaşünaslıq fakültəsinin professoru xanım Elizabet Raqaqni Bakı Slavyan Universitetinin müəllim və tələbələrinə mühazirə deyib.

Beynəlxalq layihələr sektorunun təşkilatçılığı ilə keçirilən tədbirdə professor dinləyicilərə Monqolustanda, Rusiya Federasiyasının ucqarlarında yaşayan türkdilli xalqların mədəniyyətləri, başqa türk dillilərlə qohumluq əlaqələri, müxtəlif ifadələrin etimologiyası barədə maraqlı məlumatlar verib.

Dil qruplarından silinmək təhlükəsi ilə üzləşmiş türk dillərini araşdıran professor cəmi 500-dək adamın danışdığı duxa dilini nümunə gətirib. E. Raqaqninin sözlərinə görə, elə türk dilləri var ki, onun müasir daşıyıcıları ana dillərini xarici dil kimi öyrənirlər.

Tədbirdə tayqada yaşayan xalqların həyat tərzini əks etdirən slaydlar nümayiş olunub. E. Raqaqnin dinləyiciləri maraqlandıran sualları cavablandırıb.

Kembric Universitetinin professoruna Bilik Fondunun hədiyyəsi təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm