Xəzərdə 2 balıqçı xilas edildi
Bizi izləyin

Qırmızı.az

Xəzərdə 2 balıqçı xilas edildi

Dənizdə qalmış iki balıqçı xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində sahildən 8 km aralıda 2 nəfər balıqçı, qayığın yanacağının bitməsi səbəbindən dənizdə köməksiz vəziyyətdə qalıblar.

Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri vətəndaşları xilas edib və qayığı yedəyə alaraq sahilə çıxarıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm