Könül Kərimova qəzaya düşdü, polis sevgilisi öldü
Bizi izləyin

Qırmızı.az

Könül Kərimova qəzaya düşdü, polis sevgilisi öldü

Dünən gecə Oğuz rayonunda dəhşətli yol qəzası baş verib. Nəticədə gənc oğlan həyatını itirib. Qəza zamanı avtomobildə olan sevgilisi isə yüngül xəsarətlərlə Oğuz rayon xəstəxanasında tibbi yardım alaraq, evə buraxılıb.

Axar.az-ın aldığı məlumata görə, 24 yaşlı gənc oğlan polis əməkdaşıdır. Qəza zamanı onunla bir avtomobildə olan 26 yaşlı Bakı şəhər sakini Könül Kərimova gəncin sevgilisidir. Oğuz rayonuna dincəlməyə üz tutan gənclər dünən gecə qarşılarına çıxan “Kamaz” markalı avtomobillə toqquşublar. Nəticədə adı hələ ki, açıqlanmayan polis işçisi aldığı xəsarətdən elə yerindəcə keçinib. Oğuz rayon xəstəxanasından əldə etdiyimiz son məlumata əsasən, Könül Kərimovanın qohumları onu xəstəxanadan aparsalar da, faciəvi şəkildə ölən gəncin meyiti son saatlara qədər hələ də xəstəxananın morqundadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm