Azərabycan ərazisində bu günə olan hava haqqında məlumat
Bizi izləyin

Qırmızı.az

Azərabycan ərazisində bu günə olan hava haqqında məlumat

Bakıda və Abşeron yarımadasında gün ərzində hava əsasən yağmursuz keçəcək. Lakin fevralın 8-dən 9-na keçən gecə yarımadanın bəzi yerlərində yağıntı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında gün ərzində hava əsasən yağmursuz keçəcək. Lakin fevralın 8-dən 9-na keçən gecə yarımadanın bəzi yerlərində yağıntı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.

Temperatur gecə 0-3° isti, bəzi yerlərdə 2° şaxta, gündüz 5-8° isti, Bakıda gecə 1-3°, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə zəif duman olacaq.

Temperaturun gecə 8-13°, bəzi yerlərdə 16° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 4-9° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq.

Temperaturun gecə 1-6° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 1-6° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 13-18°, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaq.

Temperaturun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9°, gündüz 0-4° şaxta olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm