DİN-nin Ukraynadakı nümayəndəsi öldürülən azərbaycanlıdan DANIŞDI - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

DİN-nin Ukraynadakı nümayəndəsi öldürülən azərbaycanlıdan DANIŞDI - ÖZƏL

Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Ocaqov əslən Bakı şəhərindən olan Ukrayna vətəndaşı, Luqansk vilayət Şurasının keçmiş deputatı, iş adamı Azad Vəliyevin qətlinə münasibət bildirib.

DİN nümayəndəsi Ş.Ocaqov Publika.az-a açıqlamasında deyib ki, səfirlik bu hadisəni diqqətdə saxlayır: “Baş verənlərin hamısı diqqətimizdə saxlanılır. Digər 4 nəfər azərbaycanlının taleyi ilə bağlı da səfirliyin adından bütün müvafiq beynəlxalq qurumlara müraciət olunub. Hələlik bir nəticə yoxdur. Nəticə olan kimi ictimaiyyət də məlumatlandırılacaq”.

Ş.Ocaqov öldürülən azərbaycanlı Azad Vəliyevin yaxınlarının və ailə üzvlərinin hələlik onlara müraciət etmədiyini də söyləyib: “Hələ ki, bizə müraciət edən olmayıb. Müraciət olunsun, bizə aid nə kömək lazımdırsa, bunu etməyə hazırıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm