• USD 1,7002 0,00% EUR 1,9941 -0,65%
    • GBP 2,2440 -0,21% RUB 0,0287 +0,70%

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Mənzilə baxış keçirilərkən Zaykova Vera İvanovna huşsuz vəziyyətdə aşkarlanıb

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzilə baxış keçirilərkən Zaykova Vera İvanovna huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində 1932-ci il təvəllüdlü V.Zaykovanın vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>